Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Döyüş kadrları: İsrail istehsalı olan silahla düşmənə zərbə –Video

Döyüş kadrları: İsrail istehsalı olan silahla düşmənə zərbə – Video

Sosial şəbəkələrə Azərbaycan ordusunun 44 günlük Qarabağ müharibəsi zamanı düşmən mövqelərinə İsrail istehsalı olan LAR-160 reaktiv-yaylım atəşi sistemi ilə atəş zərbələri endirməsinin görüntüləri yayılıb. Cəbhənin cənub istiqamətində çəkildiyi təxmin edilən görüntülərdə LAR-160 düşmən mövqelərinə dalbadal 13 raket zərbəsi endirir.

Yenixeber.org: LAR-160 İsrailin “Elbit Systems” şirkəti tərəfindən istifadə olunur və 160 millimetrlik raketlərlə təchiz olunmuş yüksək effetivlikli reaktiv yaylım atəşi sistemidir. Mənzili 12 kilometrdən 45 kilometrə qədərdir, hərəsində 13 raket olan iki buraxıcı konteyner daşıyır. Hədəfi yüksək dəqiqliklə vuran raketlərlə silahlanıb və atəşi idarəetmə sisteminə malikdir, Azərbaycan ordusu bu komplekslərin modernizə edilmiş variantı ilə silahlanıb və onları ilk dəfə real döyüş şəraitində 2016-cı ilin aprel müharibəsində tətbiq etmişdi.

Kompleks hər iki konteynerdəki raketləri 1 dəqiqə ərzində buraxa bilir, yeni konteynerlərin yüklənməsi isə 5 dəqiqə vaxt aparır.

Ordumuz habelə İsrail istehsalı olan və daha iriçaplı “Lynx” reaktiv yaylım atəşi komplekslərinə malikdir. O cümlədən yüksək dəqiqlikli və uzaqmənzilli LORA raket kompleksləri ilə silahlanıb, həmin komplekslər də müharibədə tətbiq edilib.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam