Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Azərxalça”nın rəhbərliyinə -müvəqqəti təyinat olub

“Azərxalça” ASC-nin İdarə Heyətinin bu il yanvarın 9-da həbs edilmiş, yanvarın 10-da isə vəzifəsindən azad edilmiş sədri Vidadi Muradovun yerinə müvəqqəti təyinat olub.

Yenixeber.org: Səhmdar cəmiyyətinə rəhbərlik sədr müavini İslam Qurbanova həvalə edilib.

O, dövlət şirkətinin rəhbərliyində 21 iyun 2016-cı il tarixindən təmsil olunur.

Xatırladaq ki, “Azərxalça” ölkə prezidentinin 5 may 2016-cı il tarixli sərəncamı ilə yaradılıb, Nazirlər Kabinetinin 4 oktyabr 2016-cı il tarixli qərarı ilə onun nizamnaməsi və strukturu təsdiq edilib.

Nizamnamə kapitalı 15 milyon manat olan Cəmiyyətin əsas vəzifəsi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam