Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

BP bu neft layihələrindən çıxdı-AÇIQLAMA

BP şirkəti bərpaolunan enerji strategiyalarına diqqəti yönəltmək üçün Qazaxıstandakı 3 neft layihəsindən çıxdığını açıqlayıb.
Yenixeber.org: Qazaxıstan milli neft şirkəti “KazMunayGaz”ın saytında dərc olunan elanda BP-nin oktyabr ayında məktub yazdığı və Xəzər bölgəsindəki “Kalamkas” neft quyusu da daxil olmaqla 3 bölgədə 18 aylıq işlərini davam etdirdikdən sonra investisiyalarını dayandırmağa qərar verdiyi bildirilib.

Qeyd edilib ki, BP 2019-cu ilin mayında bölgədəki neft layihələrini araşdırmağı qərara alıb. Neft layihələrinin dayandırılması qərarında artan investisiya xərclərinin təsirli olduğu vurğulanıb.

Məlumata əsasən, COVID-19 neft tələbatına mənfi təsir etdiyindən keçən il neft qiymətləri kəskin ucuzlaşıb.

Xatırladaq ki, BP ötən il bərpaolunan enerjiyə yönələn siyasət həyata keçirəcəyini bəyan edib və oktyabrın 27-də yayımlanan açıqlamada şirkətin strategiyasını dəyişərək bərpaolunan enerjiyə diqqət ayıracağı bildirilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam