Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Yoluxmalar artır, qapanma qaçılmaz ola bilər” -Həkim

“Yoluxmalar artır, qapanma qaçılmaz ola bilər” -  Həkim
Gündəlik yoluxma sayında kəskin artımlar yenidən qapanma tədbirlərini qaçılmaz edə bilər.

Yenixeber.org: Bunu Türkiyənin Hacəttəpə Universiteti Xəstəxanasının Anesteziologiya və Reanimasiya şöbəsinin həkimi Turanə Rəsulova deyib. O bildirib ki, yoluxma sayında azalmaların olması üçün qaydalara ciddi riayət edilməlidir.
"Tibbi maskadan düzgün istifadə edilməli, sosial məsafə saxlanılmalı, əl gigiyenasına diqqət edilməlidir. Maskalar tez-tez dəyişdirilməlidir, maskanın çöl hissəsinə əl vurulmamalıdır. Yerə tullantı şəklində maskalar atılır. Buna diqqət etmək lazımdır. Azərbaycan və Türkiyədə yoluxanların sayında oxşar sürətlə artım müşahidə edilir. Sərt karantin tədbirlərinə gəlincə, Azərbaycandakı qapanmalar yerində verilən qərarlar olub".

T.Rəsulova COVID-19-a yoluxma sayında azalmaların olması üçün vaksinasiyasının vacibliyini vurğulayıb:

"Şəkərli diabet, hipertenziya (yüksək təzyiq) və digər xroniki xəstəliklərdən əziyyət çəkənlər üçün vaksin nəinki təhlükəli deyil, hətta daha vacibdir. Hər kəs mütləq vaksinasiya olunmalıdır və ətrafımızdakıları vaksinasiyaya təşviq etməliyik".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam