Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Polad Bülbüloğlu Lavrova təşəkkür məktubu göndərdi

 

 Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın xarici işlər nazirini Sergey Lavrova təşəkkür məktubu göndərib.

 Yenixeber.org: Bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

Rusiyada akkreditə olunan xarici diplomatların və onların ailə üzvlərinin koronavirusa qarşı peyvənd olunması prosesindən danışan M. Zaxarova deyib ki, Rusiya bunu beynəlxalq hüquqi sənədlərə və diplomatik işin norma və ənənələrinə uyğun olaraq həyata keçirir: “Nəzərinizə çatdırım ki, artıq bir çox xarici diplomat koronavirusa qarşı Rusiya vaksini ilə peyvənd olunub. Onu da bildirim ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun ünvanına Azərbaycan səfiri Polad Bülbüloğlu adından təşəkkür məktubu daxil olub. Xatırladım ki, Polad Bülbüloğlu Moskvadakı diplomatik korpusun duayenidir. Təşəkkür məktubunda qeyd olunur ki, Rusiya Xarici İşlər Nazirliyinin təşəbbüsü dərin hörmətə layiqdir və bütün diplomatik korpus tərəfindən yüksək qiymətləndirilir”.(apa)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam