Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İordaniyada xəstəxanada oksigen təchizatı kəsilib -6 xəstə ölüb

İordaniyada xəstəxanada oksigen təchizatı kəsilib, 6 xəstə ölüb

İordaniyanın paytaxtı Əmmandan 29 kilometrlikdəki Əs Səlt şəhərindəki xəstəxanada koronavirus xəstələrinin yatdığı intensiv müalicə bölməsində oksigen ballonlarınakı nasazlıq üçündən 6 nəfər xəstə dünyasını dəyişib.

Yenixeber.org: “Ammon” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Nazir Öbəydət bildirib və istefa verdiyini açıqlayıb.

O deyib: “Nazir kimi Əs Səlt xəstəxanasında baş verənlərə görə məsuliyyət daşıdığıma görə istefa ərizəsini vermişəm”.

Hadisə barədə məlumat yayıldıqdan sonra xəstəxanaya axışan ölənlərin qohumları və onlara qoşulan sakinlər etiraz aksiyası keçirərək səhiyyə nazirinin və hökumətin istefasını tələb ediblər. Həmin vaxt xəstəxanada həkimlərlə görüşən nazir N.Öbəydət arxa qapıdan çıxıb gedib. Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb.

Baş verənlərlə əlaqədar xəstəxanaya Kral İkinci Abdullah gələrək hadisə barədə məlumatları dinləyib.

Baş nazir Bişer Əl Xəsauneh Əs Səlt xəstəxanasında baş verənlərlə bağlı dərhal təhqiqata başlamaq tapşırığı verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam