Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Müharibə iştirakçıları üçün -psixoloji xidmətlər fəaliyyətə başladı

 

Gənclər və İdman Nazirliyi nəzdindəki Gənclər evlərində şəhid ailələri üzvləri, müharibə əlilləri, müharibə veteranları və iştirakçıları üçün psixoloji xidmətlər fəaliyyət göstərməyə başlayıb.

Yenixeber.org: Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Vətən müharibəsindən sonrakı 3 ay ərzində Gənclər evlərinin psixoloqları şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları üçün 203 psixoloji konsultasiya keçirib, 611 şəhid və qazi ailəsini ziyarət edib, onlara mənəvi dəstək göstəriblər.

Eyni zamanda sosial-psixoloji reabilitasiya və məsləhət xidmətlərinin daha səmərəli göstərilməsi üçün psixoloqlara kliniki psixologiya üzrə əlavə təlimlər keçirilib. Bununla əlaqədar Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin mütəxəssisləri Gənclər evlərinin psixoloqları üçün 3 - 5 martda “Hərbi əməliyyatlarda zərər çəkən şəxslərdə yaranmış psixoloji problemlər” adlı təlim keçirilib. Təlimdə Gənclər evlərindən 26 psixoloq iştirak edib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 24 noyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı və İdarələrarası Mərkəz yaradılıb. İdarələrarası Mərkəzin nəzdində, o cümlədən, “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, müharibə veteranları və iştirakçılarının sosial müdafiəsi üzrə” İşçi Qrup yaradılıb. İşçi Qrupun vəzifələri arasında qeyd olunan kateqoriyalar üçün sosial-psixoloji reabilitasiyanın təşkili də nəzərdə tutulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam