Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Koçaryanın məhkəməsi -yenidən təxirə salındı

Koçaryanın məhkəməsi yenidən təxirə salındı
Bu gün İrəvanda Ermənistanın ikinci prezidenti Robert Koçaryanla bağlı keçirilən məhkəmə prosesi yenidən təxirə salınıb.
Yenixeber.org: Buna səbəb vəkillərin etiraz olaraq məhkəmə salonunu tərk etməsi olub.

Hakim prokuror Gevorq Baqdasaryanla bağlı qaldırılan vəsatətin müzakirəsini rədd edərək məhkəmənin ittiham aktının son hissəsini müzakirə etməyə başladığını elan edib. Bundan sonra Koçaryanın vəkilləri yekdilliklə "sirkdə iştirak etmək istəmədiklərini" söyləyərək məhkəməni tərk ediblər. Danibekyan növbəti iclasda intizam pozuntularına görə vəkillərə qarşı sanksiya tətbiq edilməsi məsələsini müzakirə edəcəyini söyləyib. Növbəti məhkəmə prosesi işi martın 30-da baş tutacaq.

Xatırladaq ki, Robert Koçaryan və digərlərinin 1 mart işi üzrə bundan öncəki məhkəmə iclası da təxirə salınmışdı. Martın 16-da olan həmin məhkəmə sabiq müdafiə naziri Seyran Ohanyanın məhkəməyə gəlməməsi səbəbindən baş tutmamışdı. Bununla beşinci dəfədir ki, 1 mart işi üzrə məhkəmə prosesi təxirə salınır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam