Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

COVID-19 vaksinini ixtira edən məşhur türkiyəli cütlük -COVID-19 vaksinini ixtira edən məşhur türkiyəli cütlük: İnsan ömrü uzadıla bilər

COVID-19 vaksinini ixtira edən məşhur türkiyəli cütlük: İnsan ömrü uzadıla bilər

“Hazırda rejenerativ tibb sahəsində bir çox araşdırma aparılır. Prinsipcə, müalicə yolu ilə insanların ömrünün əhəmiyyətli dərəcədə uzadılması bioloji olaraq düşünülə bilər”.

Yenixeber.org: Bu sözləri “BioNTech” şirkətinin qurucuları olan türkiyəli cütlük Özlem Türeci və Uğur Şahin “Axel Springer”in rəhbəri Matthias Döpfner ilə gerçəkləşdirdikləri reportaj zamanı deyiblər.

Ö.Türeci insan ömrünün uzadılması mövzusunda hazırda çox sayda araşdırmanın aparıldığını bildirib. U.Şahin isə qeyd edib ki, bu, yalnız hüceyrələrin yenilənməsi ilə deyil, orqanların bərpası ilə də əlaqəlidir: “Ancaq burada vacib sual budur: Yaşlanmamıza səbəb olan nədir? Yaşlanmamızın və ya bu qədər sürətlə qocalmamızın lazımlı bir səbəbi yoxdur. Bu, çox maraqlı və olduqca həyəcanlı bir araşdırma sahəsidir”.

Reportajı gerçəkləşdirən M.Döpfner qeyd edib ki, ideal olan ölməzlikdir: “Prinsipcə həkimlər xəstələrin ölməsini istəmirlər, onların həyatlarını qurtarmaq istəyirlər, insanların ömrünü uzatmaq istəyirlər”.

U.Şahin əlavə edib ki, ölümsüzlük ehtimalı azdır, ancaq çox uzun ömürlülük mümkündür”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam