Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Xan bağı”nda toy edənlərə “toy tutdular” - Video

“Xan bağı”nda toy edənlərə “toy tutdular” -  Video

Paytaxtın Nizami rayonunda xüsusi karantin rejim qaydalarına əməl edilməyən restoranların birində toy mərasiminin keçirilməsi aşkalanıb.

Yenixeber.org: Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.

Ümumilikdə 35 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Toy sahiblərinin hər biri 400 manat, mərasiminin təşkilinə şərait yaradan restoranın müdiri barəsidə 4000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub. Restoranın inzibatçısı barəsində toplanmış material isə Nizami Rayon Məhkəməsinə göndərilib.

“Report”un əldə etdiyi məlumata görə, toy mərasimi “Xan bağı” restoranında keçirilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam