Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qarabağdan qaçan ermənilər "Mehri koridoru"na yerləşdirilir -FOTOLAR

Azərbaycan Ordusu işğal altındakı torpaqları azad etdikdən sonra, Qarabağdan qaçan ermənilər üçün Ermənistan ərazisində yeni evlər tikilir.
Yenixeber.org: Ermənistan mətbuatı bildirir ki, Qarabağdan qaçan ermənilər üçün Zəngəzurda – Mehri rayonunun Nüvədi kəndində 30 evin tikilməsi planlaşdırılır.
Mehri İnkişaf Fondu adlı qurum tərəfindən tikiləcək evlər üçün yardım kampaniyası keçirilir. 
Qeyd edək ki, 1991-ci ilə kimi azərbaycanlıların yaşadığı Nüvədi kəndinin bir hissəsində sonradan ermənilər məskunlaşsa da, kəndin böyük hissəsi dağıdılaraq xarabalığa çevrilib.
Onu da bildirək ki, “Mehri koridoru” olaraq adlandırılan və yenidən açılması gözlənilən Bakı-Naxçıvan dəmir yolu xətti Nüvədi kəndi ərazisindən keçir. Belə görünür ki, Ermənistan Azərbaycanın əsas hissəsini Naxçıvanla, o cümlədən də Türkiyə ilə birləşdirəcək starateji əhəmiyyətli bu dəhlizdə erməni əhalinin sayını artırmağa çalışırlar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam