Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

Nazaryanın Azərbaycana dair çağırışı -ölkəsində etirazla qarşılandı

Nazaryanın Azərbaycana dair çağırışı ölkəsində etirazla qarşılandı
Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryanın Azərbaycanla bağlı fikirləri ölkəsində qalmaqala səbəb olub.
Yenixeber.org: Nazaryan erməniləri Türkiyə və Azərbaycanla düşmənçiliyə son qoymağa çağırıb. Onun barışıq təklifi Ermənistanda ciddi narazılıqla qarşılanıb.

Lena Nazaryan açıqlamasında bildirib ki, Xarici İşlər Nazirliyinin bu istiqamətdə aktiv olması vacibdir: "İndi şanslar yaranıb ki, Türkiyə və Azərbaycanla düşmənçilik olmasın. Əslində, bu konstruktiv fikirdir və konstruktivliyə mane olan nədir?" .

Azərbaycana qarşı düşmənçilik mövqeyindən əl çəkməyən erməni mediasında Nazaryan tənqid atəşinə tutulub. Qeyd olunub ki, konstruktiv olmağa səbəb yoxdur.

"Düşmən əsgərlərimizi əsirlikdə saxlayır. Onların hərbi cinayətkar olaraq mühakimə olunacağını deyirlər. 5000-dən çox öldürülmüş, 11000 yaralı və 3000-dən çox itkin düşmüş oğlanlarımızın "dondurulmuş" qanı, Qarabağın itirilən 80 faizi ilə Sünik yüksəklikləri konstruktivliyə mane olur", - deyə Ermənistan mətbuatı yazıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam