Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Şabranda yaşadığı ünvanı tərk edən -COVID-19 xəstəsi

 

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə COVID-19 virusuna yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan yenixeber.org-a verilən məlumata görə, rayon sakini R.Ağamirzəyevə koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ev şəraitində müalicə təyin olunub və müalicə müddəti ərzində yaşayış yerini tərk etməməsi, qaydalara ciddi riayət etməsi tapşırılıb.

Polis əməkdaşları tərəfindən ev şəraitində müalicə alan COVID-19 infeksiyasına yoluxmuş şəxslərin yoxlanılması zamanı isə həmin şəxsin qaydaları pozaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

R.Ağamirzəyevin olduğu yer polis əməkdaşları tərəfindən qısa müddət ərazində  müəyyənləşdirilib və o, yaşadığı ünvana geri qaytarılıb.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam