Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

IMF -Azərbaycanın daxil olduğu region üzrə proqnozunu açıqladı

IMF Azərbaycanın daxil olduğu region üzrə proqnozunu açıqladı

Bu il Qafqaz və Mərkəzi Asiya (CCA) regionu ölkələrinin iqtisadiyyatının 3,7 %, 2022-ci ildə isə 4,1 % böyüyəcəyi proqnozlaşdırılır.

Yenixeber.org: Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) CCA regionu üçün açıqladığı “Regional Economic Outlook” hesabatının aprel sayında deyilir.

Hesabata görə, adıçəkilən regionun ÜDM-i 2020-ci ildə 1,9 %-i azalıb.

“CCA regionunda 2021-ci il üçün inflyasiya 6,9 %, 2022-ci ildə isə 6,2 % təşkil edəcəyini proqnozlaşdırırıq. Adıçəkilən regionun neft-qaz ixracatçısı olan ölkələrin ÜDM-i bu il 3,7 %, 2022-ci ildə isə 4 % artacaq. Onların qeyri-neft sektoru üzrə ÜDM-i 2021-ci ildə 3,5 %, 2022-ci ildə isə 4 % yüksələcək.

Həmin qrup ölkələrdə istehlakçı qiymətlərinin isə müvafiq olaraq 7,1 % və 6,5 % təşkil edəcəyini düşünürük”, - hesabatda deyilir.

Qeyd edək ki, CCA regionuna Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir. CCA regionunun neft ixracatçıları isə Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistandır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam