Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Jurnalistlər -Cəbrayıl və Qubadlıya gedir

Jurnalistlər Cəbrayıl və Qubadlıya gedir

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup media nümayəndələrinin işğaldan azad edilmiş Cəbrayıl və Qubadlı rayonlarına növbəti səfəri başlayıb.

Yenixeber.org: ETSN-in mətbuat katibi İradə İbrahimova jurnalistlərə açıqlamasında tədbir iştirakçılarının əvvəlcə Cəbrayıl rayonunun Böyük Mərcanlı və Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələrinə baxış keçirəcəklərini deyib.

O qeyd edib ki, daha sonra erməni vandalları tərəfindən məhv edilmiş meşə sahəsinin bərpası məqsədilə ağacəkmə aksiyası baş tutacaq:

“Səfərin məqsədi işğal dövründə Cəbrayıl və Qubadlı rayonlarında məhv edilmiş yaşıllıq sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə, çaylara və digər təbii sərvətlərə baxışdır”.

İ.İbrahimova deyib ki, səfər zamanı Bərgüşad və Həkəri çaylarının birləşdiyi ərazidə körpə farel balıqlarının çaya buraxılması da baş tutacaq:

“Bununla məqsədimiz ermənilərin törətdiyi ekoloji terrorun fəsadlarının tədricən aradan qaldırılmasına nail olmaqdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam