Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

Türkiyə parlamentinin komissiyası hesabat qəbul edib: Ermənistan müharibə cinayəti törədib

 Türkiyə Böyük Millət Məclisinin (TBMM) İnsan Haqlarını Araşdırma Komissiyasının iclası keçirilib.

Yenixeber.org: “Anadolu” agentliyinin verdiyi xəbərə görə, AKP Bursa millət vəkili Hakan Çavuşoğlunun sədrliyi ilə keçirilən iclasda Komissiyanın 44 günlük Vətən müharibəsində Ermənistanın insan haqları pozuntularını əks etdirən hesabatı müzakirə edilib.

Bildirilib ki, Ermənistan ordusunun Azərbaycanın Gəncə, Tərtər və Bərdə şəhərlərinə hücumları nəticəsində həyatını itirən mülki şəxslərin yaxınları ilə görüşlər keçirilib və səlahiyyətli şəxslərdən məlumatlar toplanıb: “İkinci Qarabağ müharibəsində Ermənistan ordusu beynəlxalq insan hüququ normalarını sistemli şəkildə tapdalayıb, fosforlu mərmilər kimi qadağan olunmuş silahlardan istifadə edib, qəsdən yaşayış məntəqələrini, qəbiristanlıqları, məktəbləri, səhiyyə müəssisələrini, mədəni abidələri atəşə tutub”.

Qeyd olunub ki, Ermənistan müharibə cinayəti törədib.

Vurğulanıb ki, 44 günlük savaş Türkiyədə yaşayan erməni əsilli vətəndaşlarda narahatlıq yaradıb, erməni ictimaiyyətinə qarşı heç bir təzyiq qeydə alınmayıb. Bəzi media qurumlarının törətdiyi təxribatların qarşısı alınıb və Türkiyə hökumətinin erməni əsilli vətəndaşların təhlükəsizliyi istiqamətində gördüyü tədbirlər məmnuniyyətlə qarşılanıb.

Müzakirələrdən sonra komissiya hesabatı təsdiqləyərək qəbul edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam