Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiya daha 10 diplomatı ölkədən qovur-SƏBƏB

Moskva ABŞ-ın Rusiyadakı səfirliyinin 10 əməkdaşının “persona non grata” (arzuolunmaz şəxs) elan edilməsinə dair Vaşinqtona nota verib. Diplomatlar mayın 21-dək Rusiyanı tərk etməlidirlər.

Yenixeber.org: Bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Bu gün ABŞ-ın Moskvadakı səfirinin müavini Bart Qorman Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb və Rusiya tərəfinin notası ona təqdim edilib.

Rusiya Xarici İşlər Nazirliyi bu addımın Amerika tərəfinin Rusiyanın Vaşinqtondakı səfirliyinin və Nyu-Yorkdakı baş konsulluğunun əsassız olaraq “persona non grata” elan edilmiş bir sıra əməkdaşlarına qarşı “düşmənçilik hərəkətlərinə güzgü cavabı” olduğunu vurğulayıb.

Nazirlik əlavə edib ki, yaxın gələcəkdə ABŞ-ın son anti-Rusiya sanksiyaları “dalğasına” kompleks cavab tədbirlər çərçivəsində növbəti addımlar atılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam