Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycanda saxlanılan erməni diversantlar video müraciət edib

 

 Azərbaycanda saxlanılan erməni diversantlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) xətti ilə ailələrinə video müraciət çatdırıblar.

Yenixeber.org: Bunu BQXK-nin Ermənistandakı nümayəndəliyinin nümayəndəsi Zara Amatuni “news.am” saytına verdiyi müsahibəsində söyləyib.

Onun sözlərinə görə, belə bir əlaqə vasitəsi ilk dəfə istifadə olunur. “Azərbaycanda saxlanılan erməni məhbuslara qohumları ilə telefonla əlaqə qurma imkanı verildi və videolar son görüşlər zamanı lentə alınaraq ailələrinə təhvil verildi”, – Zara Amatuni əlavə edib.

Xatırladaq ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq, ötən ilin dekabrında Azərbaycanın işğaldan azad olunmuş Xocavənd rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin diversiya-təxribat fəaliyyəti qeydə alınıb və Azərbaycanın müvafiq qurumları tərəfindən aparılan anti-terror əməliyyatı nəticəsində Ermənistan vətəndaşları olan 62 nəfərdən ibarət diversiya qrupunun üzvləri saxlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam