Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Bir sıra məktəblər "obyekt" kimi istifadə edilir” -ETİRAZ

 
"Təhsil nazirliyinin 5 ildir saqqıza çevirdiyi attestasiya məsələsini icra etmək vacibdir”


Yenixeber.org: Bunu təhsil eksperti Elvin Bədirov deyib. O həmçinin bildirib ki, məktəblərdə müəllim keyfiyyətini artırmaq lazımdır:

"Az savadlı, iş qabiliyyəti zəif olan müəllimlər ilə vidalaşmaq və onların normal təqaüdə çıxmasına imkan yaratmaq, vakansiyaların gizlədilməsinə mane olmaq, bütün vakansiyaları elan etmək lazımdır.

440 min şagirdin, 30 min müəllimin olduğu Bakı şəhərində həyati əhəmiyyətli fənlər üzrə hər il 7-10 vakansiya elan etmək oyunundan əl çəkməliyik. Həmçinin məktəblərə nəzarət mexanizmini gücləndirmək vacibdir. Bir sıra məktəblər "obyekt" kimi istifadə edilir”.

E.Bədirov bildirib ki, direktorların işə qəbul prosesini, imtahanlarını daha böyük miqyasda təşkil etmək, təhsilin menecerliyini anlayan və tətbiq edə biləcək qeyri-pedaqoji ixtisaslı insanlardan da istifadə etmək önəmlidir:

"Məktəblərin təhsil göstəricilərini qəbul imtahanı nəticələri il ölçmək olmaz. Bu nəticələr məktəblərin verdiyi dərslərin nəticəsi deyil, özümüzü aldatmayaq. Təhsildə "sosial-psixoloji xidmət” adlı ixtisası bitirən savadlı məzunları imtahan yolu ilə müəyyən edərək, onların məktəblərə təyinatını vermək lazımdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam