Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

XİN başçıları arasında siyasi məsləhətləşmələr keçirilib

 

29 aprel 2021-ci il tarixində Azərbaycan Respublikası və Portuqaliya Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin 2-ci raundu idarə rəisləri səviyyəsində video konfrans formatında keçirilib.

Yenixeber.org: XİN-in Mətbuat Xidməti idarəsindən verilən məlumata görə, məsləhətləşmələr zamanı Azərbaycan və Portuqaliya  arasında ikitərəfli əlaqələr nəzərdən keçirildi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, təhlükəsizlik, regional və digər maraq kəsb edən məsələlər müzakirə olundu. Portuqaliyanın Avropa İttifaqı Şurasına hazırkı sədrliyini nəzərə alaraq, həmçinin Azərbaycanın Aİ ilə əməkdaşlığı məsələləri üzrə fikir mübadiləsi aparıldı.

Müzakirələr zamanı yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin, eləcə də parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulandı.

Tərəflər, pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra, siyasi məsləhətləşmələrin növbəti raundunun əyani şəkildə  keçirilməsini razılaşdırdılar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam