Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Sarkisyan seçkilərə Vanetsyanla ittifaqda gedir


Ölkənin üçüncü prezidenti Serj Sarkisyanın Ermənistan Respublika Partiyası (ERP) 20 iyunda keçirilməsi planlaşdırılan erkən parlament seçkilərində Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın “Vətən” partiyası ilə ittifaqda iştirak edəcək.

Yenixeber.org: Bunu jurnalistlərə ERP-nin vitse-prezidenti Armen Aşotyan deyib.

"ERP növbədənkənar parlament seçkiləri keçiriləcəyi təqdirdə, bu ümummilli prosesdə iştirak etmək qərarına gəlib. Mümkün iştirak formatlarının və əməkdaşlığa dair mövcud təkliflərin ümumiləşdirilməsi nəticəsində "Vətən" Partiyası ilə seçkiqabağı alyansın formalaşdırılması prosesinə başlamaq qərara alınıb", - deyə o bildirib.

Xatırladaq ki, Nikol Paşinyan aprelin 25-də ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün baş nazir vəzifəsindən istefa verdiyini bəyan edib. Bununla belə, seçkilərə qədər Nazirlər Kabinetinə rəhbərliyi davam etdirəcək. Paşinyanın ardınca texniki prosedur çərçivəsində ölkə hökuməti də istefaya gedib. Paşinyan artıq bildirib ki, hökumət başçısı vəzifəsinə "Vətəndaş müqaviləsi" Partiyasından namizəd olacaq.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam