Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bu ölkədə milli matəm elan olundu

 

Qırğızıstan Prezidenti Sadır Japarov 1-2 mayı ölkədə milli matəm günləri elan edilib.

Yenixeber.org: Bu barədə Prezident Aparatının İnformasiya siyasəti şöbəsi məlumat yayıb.

Milli matəm günlərində ölkə ərazisində, eləcə də xaricdəki diplomatik və konsulluq binalarında Qırğızıstan Respublikasının Dövlət bayraqları endiriləcək.

Prezidentin imzaladığı fərmanda bildirilib ki, mədəniyyət qurumlarına və teleradio şirkətlərinə milli matəm günlərində əyləncə tədbirlərini və proqramlarını dayandırmaq təklif olunacaq.

Qeyd edək ki, 29-30 aprel tarixində ölkənin Batken vilayətinin Qırğızıstan-Tacikistan sərhədindəki silahlı qarşıdurma nəticəsində həm mülki şəxslər, həm də hərbi qulluqçular arasında çoxsaylı ölən və xəsarət alan olub.

Qırğızıstan Səhiyyə Nazirliyinin son məlumatlarına görə, sərhəddəki silahlı qarşıdurma nəticəsində 31 nəfər ölüb, 154 nəfər yaralanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam