Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Son illərdə -7 000-dən çox saxta əlillik təyinatı ləğv edilib

Son illərdə 7 000-dən çox saxta əlillik təyinatı ləğv edilib

"Əsassız, saxta əlillik təyinatının aşkar edilərək ləğv olunması, əlillik təyinatlarının tam şəffaflaşdırılması sosial ədalətliliyin də vacib şərtidir və bu istiqamətdə işlər davam edəcək".

Yenixeber.org: Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov deyib.

Onun sözlərinə görə, ümumilikdə son illərdə 7 000-dən çox saxta əlillik təyinatı aşkarlanaraq ləğv edilib: "Nəticədə illik 30 milyon, aktuar hesablamalara əsasən uzunmüddətli dövr üzrə 735 milyon manatdan çox büdcə vəsaitinin qanunsuz xərclənməsinin qarşısı alınıb".

Agentlik sədri bildirib ki, hazırda əlillik müddətləri bitən şəxslərin əlilliyinin yenidən qiymətləndirilməsi işləri aparılır: "Əlillik geridönməz hallarda (əzaların amputasiyası, sağalması mümkün olmayan ağır xəstəliklər və s) müddətsiz təyin edilir, bu şəxslərin əlilliyi ömürlük müəyyən olunur. Ona görə də belə şəxslərin əlilliklərinin təkrar müayinəsinə ehtiyac qalmır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam