Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bakı metrosunda sərnişindaşımanın maya dəyəri -3 dəfə artıb

Bakı metrosunda sərnişindaşımanın maya dəyəri 3 dəfə artıb

2020-ci ildə "Bakı Metropoliteni" QSC-də bir sərnişinin daşınma xərci 1,54 manat təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 1,03 manat və yaxud təxminən 3 dəfə çoxdur.

Yenixeber.org: Bu barədə qurumdan bildirilib.

Məlumata görə, sərnişindaşımanın maya dəyərinin kəskin artması koronavirus (COVID-19) pandemiyasına görə, Bakı metrosunun fasilələrlə işləməsi, sərnişin daşınmasından nəzərdə tutulduğu qədər gəlir əldə edilməməsidir.

"Ötən il 228 milyon nəfərlik sərnişindaşıma planına qarşı 74,7 milyon nəfər sərnişin daşınıb. Bunun isə 72,1 milyon nəfəri gediş haqqı ödəyib", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, 2019-cu ildə "Bakı Metropoliteni" 236,7 milyon nəfər sərnişin daşımışdı ki, bunun da 229,7 milyon nəfəri gediş haqqı ödəmişdi və bir sərnişinin daşınma xərci 51 qəpik təşkil etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam