Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ermənilərin -Füzulidə ən çox hansı əraziləri minaladığı açıqlanıb

Ermənilərin Füzulidə ən çox hansı əraziləri minaladığı açıqlanıb

“Hazırda Füzulidə asfalt yolun bərpası həyata keçirilir. Bu səbəbdən əsasən təmas xəttindən keçən yoldakı minaları təmizləyirik. Yalnız bundan sonra asfalt xətti genişləndirilərək orada yenidən təmir işləri aparılır”.

Yenixeber.org: Bu fikirləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 1 saylı təmizləmə qrupunun əməliyyat meneceri Mədət Məmmədov deyib.

Onun sözlərinə görə, təmizləmə bir neçə üsulla aparılır: “Bunlardan biri əllə təmizləmədir ki, bu zaman əməkdaşlar detektor və digər cihazlardan istifadə edirlər. İkinci üsul xüsusi təlim görmüş itlərin vasitəsilə ərazidəki partlamamış hərbi sursatlar axtarılır. Üçüncü üsul isə mexanika vasitəsilə minaların təmizlənməsidir. Hazırda təmizləmə əməliyyatları davam edir. Ərazidə aşkar olunan partlamış hərbi sursatlar aşkar edilərək gün sonunda partladılır”.

ANAMA rəsmisi bildirib ki, hazırda ərazidə olan 13 km ən təhlükəli ərazi olaraq qiymətləndirilir: “Ərazinin artıq 8 km-i minalardan təmizlənib. 5 km üzərində hazırda iş gedir. Ən çox mina təmas xəttindədir. Təmas xəttinə ən yaxın yerdə, təxminən, 8-9 mina sahəsi yerləşir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam