Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Mayın sonunadək azad edilən ərazilərdə daha -6 hərbi hissə fəaliyyətə başlayacaq

Mayın sonunadək azad edilən ərazilərdə daha 6 hərbi hissə fəaliyyətə başlayacaq

"Bu gün qəhrəman Azərbaycan sərhədçisi - uğrunda qan tök­düyü, şəhidlər verdiyi torpaqlarımızın azad olunmasında iştira­kın­dan və dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında xidmət etməkdən qürur duyur!"

Yenixeber.org: Bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib.

O vurğulayıb ki, Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunan his­səsində sərhəd zastavalarının fəaliyyəti bərpa edilib: "Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə sərhəd-döyüş məntəqələri yaradılıb. Son 2 ay ərzində bu istiqamətlərdə 10 yeni hərbi hissə xidməti-döyüş fəaliy­yətinə başlayıb.

May ayının sonunadək daha 6 hərbi hissənin təmir-tikinti işləri başa çatdırılacaqdır. Bu da dövlətimizin, şəxsən Azər­bay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Ko­man­danı cənab İlham Əliyevin Azərbaycan sərhədçisinə gös­tər­­diyi diqqət və qayğının daha bir təzahürüdür", - o bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam