Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Saatlıda heyvan oğruları saxlanılıb-FOTO

       Saatlıda vətəndaşlara məxsus xırda buynuzlu heyvanları oğurlayan dəstə üzvləri saxlanıldı 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan yenixeber.org-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində may ayının əvvəlində Saatlı rayonu Əlisoltanlı kəndi ərazisində vətəndaş F.Həmzəzadəyə məxsus iki baş xırdabuynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən İmişli rayon sakinləri Elşən Quliyev, Sadiq və Kamran Xəlilovlar saxlanılıblar.

Saxlanılan şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri ilə onların rayonun Naharlı və Qaracalar kəndləri ərazisində də analoji oğurluq hadisələrini törətdikləri və iki kənd sakininə maddi ziyan vurduqları müəyyən edilib.

Dindirilmə zamanı E.Quliyev, S.Xəlilov və K.Xəlilov törətdikləri ogurluqları etiraf ediblər.

Faktlarla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, dəstə üzvlərinin digər oğurluq hadisələrində iştiraklarının olub-olmaması araşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam