Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bu ölkədə 592 nəfər prezident olmaq istəyir

İranda iyunun 18-də keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək üçün 592 nəfər qeydiyyatdan keçib.
Yenixeber.org: Bu barədə İranın Mərkəzi Seçki Qərargahının rəhbəri Camal Əraf deyib. O, namizədlərin qeydiyyata alınması prosesinin mayın 11-dən 15-dək davam etdiyini bildirib.

Prezident seçkiləri haqqında qanuna edilən dəyişikliklərə əsasən, İranda prezident seçilmək üçün mübarizəyə qoşulanların yaşı 40-dan aşağı və 75-dən yuxarı olmamalı, idarəçilik təcrübəsi və elmi dərəcəsi olmalıdır. Məsuliyyətə cəlb olunmuş şəxslər namizədliklərini irəli sürə bilməzlər.

İran qanunlarına görə, qeydiyyata alınan namizədlərin seçki prosesinə qatılması Konstitusiyanı Mühafizə Şurasından asılıdır. Belə ki, namizədlər adıçəkilən Şura tərəfindən 10 gün müddətində nəzərdən keçiriləcəklər.



Qeyd edək ki, namizədlər arasında İranın ictimai-siyasi həyatında böyük nüfuza malik olan şəxslər də var. Onların sırasında sabiq prezident Mahmud Əhmədinejad, İranın birinci vitse-prezidenti İshaq Cahangiri, parlamentin sabiq sədri Əli Laricani, məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi və digərlərinə rast gəlmək olar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam