Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

BVF vaksinasiyaya 50 milyard dollar ayıracaq -Peyvənd istehsalçıları da kasıb ölkələrə dəstək verəcək

Beynəlxalq Valyuta Fondu (BVF) COVID-19 pandemiyasına son qoyulması səyləri üçün 50 milyard dollar ayıracağını bildirib. Təşkilat bildirib ki, bu vəsait qlobal əhalinin 60 faizinin gələn ilin sonunadək peyvəndlənməsi üçün nəzərdə tutulub.

Yenixeber.org: Ekspertlər bunun, xüsusilə də zəngin ölkələrin pandemiyaya xərclədiyi trilyonlarla müqayisədə o qədər də böyük məbləğ olmadığını bildirirlər.

Bura Birləşmiş Ştatların öz əhalisi və iqtisadiyyatı üçün ayırdığı 1.9 trilyon dollar da daxildir.

Bu arada COVID-19-a qarşı vaksin istehsal edən "Pfizer", "Moderna" və "Johnson & Johnson" şirkətləri mayın 21-də Romada keçirilən Qlobal Səhiyyə Sammitində bəyan ediblər ki, bu il və gələn il orta və aşağı gəlirli ölkələr üçün güzəştli qiymətlərlə 3.5 milyard doza vaksin ayıracaqlar. Ekspertlər bildirirlər ki, vaksinasiya qlobal iqtisadiyyatı sarsıdan və 2019-cu ildən bəri 3.4 milyon insanın həyatına son qoyan pandemiyadan çıxış üçün başlıca faktordur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam