Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Azərbaycan nümayəndə heyəti -Belarusa səfər edəcək

Azərbaycan nümayəndə heyəti Belarusa səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyevlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı zamanı ikitərəfli münasibətlərinin gündəliyində olan məsələlər müzakirə olunub.

Yenixeber.org: Dövlət başçıları əməkdaşlıq istiqamətlərini və Belarus Prezidentinin Azərbaycana səfəri zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsini geniş müzakirə ediblər.

Bildirilib ki, yaxın vaxtlarda Azərbaycanın şəhərsalma mütəxəssislərindən ibarət nümayəndə heyəti Belarusa səfər edəcək, belaruslu həmkarları ilə birlikdə regionda tikinti işlərinin başlanmasına dair planı işləyib hazırlayacaqlar.

Bundan əlavə, Azərbaycandan kənd təsərrüfatı üzrə nümayəndə heyətinin səfəri də gözlənilir. Bu sahədə də Belarus təcrübəsinə ciddi maraq müşahidə edilir.

Bütövlükdə qarşıdakı görüşlər çərçivəsində belaruslu inşaatçıların və digər mütəxəssislərin Azərbaycanda görəcəyi işlərin konkret planları hazırlanacaq.

Qeyd edək ki, mayın 22-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam