Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Gürcüstan Patriarxlığının nümayəndə heyəti Azərbaycana səfər edəcək

 

Gürcüstan Patriarxlığının nümayəndə heyəti Azərbaycana səfər edəcək

Azərbaycan Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstan Patriarxlığının nümayəndələri ilə görüşüb.

Yenixeber.org: Bu barədə yerli büromuza diplomatik nümayəndəlikdən məlumat verilib.

Görüşdə Bütün Gürcüstan Katalikos-Patriarxının xorepiskopu, mitropolit Teodor, Patriarxlığın Xarici əlaqələr şöbəsinin rəhbəri, mitropolit Gerasim və Tbilisi Ruhani Akademiyasının rektoru, protopresviter Georgi iştirak edib.

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəsi Hacı Əli Əliyevin də qatıldığı görüş zamanı Gürcüstan Patriarxlığının nümayəndə heyətinin bu yaxınlarda Azərbaycana gözlənilən səfəri ilə bağlı məsələlər müzakirə edilib.

Söhbət əsnasında həmçinin Azərbaycan və gürcü xalqları arasında tarixən formalaşmış mehriban qonşuluq, qardaşlıq münasibətləri xüsusi vurğulanıb, Gürcüstan Patriarxlığının nümayəndə heyətinin Azərbaycana planlaşdırılan səfərinin bu münasibətlərin yüksək səviyyəsinin bariz nümunəsi olması qeyd edilib.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam