Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Salyan və Neftçalada -qaydaları pozan sürücülər cərimələndi

Salyan və Neftçalada qaydaları pozan sürücülər cərimələndi

Salyan və Neftçala Rayon Polis Şöbələrinin Dövlət Yol Polisi bölmələrinin əməkdaşları tərəfindən hər iki rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan yenixeber.org-a verilən məlumata görə, tədbirlər zamanı müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan, həmçinin avtobus dayanacaqlarını və piyada səkilərini zəbt edən sürücülərlə polis əməkdaşları profilaktiki söhbətlər apararaq, onlara törətdikləri qayda pozuntularının yol hərəkəti iştirakçıları tərəfindən xoş qarşılanmadığını və sakinlərin haqlı narazılığına səbəb olduğunu çatdırıblar. Sürücülərə parklanma qaydalarını izah edən inspektorlar, bir daha qaydalara ciddi riayət etmələrini tapşırıblar.

Tədbirlər zamanı qaydaları kobud şəkildə pozan sürücülər barəsində isə qanunvericiliyə uyğun olaraq inzibati qaydada tədbirlər görülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam