Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

AVRO-2020: Bakıdakı ilk oyuna neçə bilet satılıb? –RƏSMİ AÇIQLAMA

Bu gün Uels və İsveçrə yığmaları arasında Bakıda keçiriləcək AVRO-2020-nin A qrupunun oyununa 16 mindən çox bilet satılıb.

Yenixeber.org: Bu barədə AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

Onun sözlərinə görə, satılan biletlərin sayı çox olsa da, Bakı Olimpiya Stadionundakı (BOS) qarşılaşmada təqribən 12-13 min tərəfdarın iştirakı gözlənilir: "Bu, pandemiya ilə bağlı səyahət məhdudiyyətlərindən qaynaqlanır. Bilet alan azarkeşlərdən kimlərsə Azərbaycana gəlməyə bilər".

Milli assosiasiya rəsmisi bildirib ki, matçın start fitindən öncə qısa açılış mərasimi nəzərdə tutulub: "Amma detallar barədə məlumat verə bilmərik. Çünki UEFA-nın tələbi belədir".

Qeyd edək ki, görüş saat 17:00-da başlayacaq. BOS həmçinin A qrupunun Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. //Report


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam