Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

AZAL: -Füzuli aerovağzalının tikintisi üçün 240 ha ərazi minadan təmizlənib

AZAL: Füzuli aerovağzalının tikintisi üçün 240 ha ərazi minadan təmizlənib

"Füzulidə Aerovağzal kompleksinin köməkçi binalarının elektrik enerjisi ilə təmin olunması üçün uzunluğu 2,5 kilometr olan hava xətləri çəkilir".

Yenixeber.org: Bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) nümayəndəsi Valeh Əmiraslanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, aerovağzalın tikintisi üçün 240 ha ərazi minadan təmizlənib: "Həmin ərazinin təxminən 130 hektarında tikinti işləri gedir. Qalan ərazilər isə köməkçi hissələrdir. Aerovağzalın 1000 kV olan iki ədəd transformator binasının tikintisi başa çatıb. Hazırda sahəyə Füzuli 110 kV, 35 kV və 10kV gücündə transformatorlardan elektrik enerjisi paylanılır".

AZAL rəsmisi onu da qeyd edib ki, Zəngilanda və Laçında aerovağzalın tikintisinə başlanılması üçün Minatəmizləmə Agentliyi müəyyən edilmiş sahələri minalardan tam təmizləməlidir: "Hazırda ərazilərin 50 faizi minalardan təmizlənib və bu proses davam etdirilir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam