Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycan jurnalistləri -“Füzuli” yarımstansiyasında olub

Azərbaycan jurnalistləri “Füzuli” yarımstansiyasında olub

Bu gün Füzuli rayonuna səfər etmiş Azərbaycan jurnalistləri eyni adlı yarımstansiyada olub.

Yenixeber.org: Yarımstansiya barədə "Azərenerji" ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev açıqlama verib.

O, bildirib ki, işğaldan azad olunan bütün rayonlarda 110 kV -luq yarımstansiyalar inşa olunur.

"Artıq "Şuşa" yarımstansiyası istismara verilib. Hazırda dayandığımız 110-35-10 kV-luq "Füzuli" yarımstansiyası isə 3 ay ərzində inşa edilib və Füzuli rayonunu, o cümlədən rayondakı strateji obyekləri, hava limanını, Füzuli-Şuşa yolunu, eyni zamanda əhali və qeyri-əhali abunəçilərini elektrik enerjisi ilə təmin edəcək", - deyə T.Abdullayev qeyd edib.

Teymur Abdullayev
Teymur Abdullayev

 

Onun sözlərinə görə, 110-35-10 kV-luq "Şükürbəyli" yarımstansiyasının da açılışı olub: "Bu stansiya sistem əhəmiyyətli olduğu üçün çox vacibdir. Füzuli, Şuşa, Cəbrayıl, Qubadlı, Zəngilan yarımstansiyaları "Şükürbəyli" stansiyası vasitəsilə ilə qidalandırılacaq. Bundan başqa, Kəlbəcərdə yeni 110 kV-luq yarımstansiya tikilir: Eyni zamanda Murovu aşmaqla Kəlbəcərə 70 km məsafədə 110 kV-luq iki dövrəli xətt çəkilir. Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarına da 110 kV-lq yeni xətlər çəkilir. Ağdamda 110 kV-luq "Ağdam-1", "Ağdam-2" yarımstansiyaları tikilir. Bundan başqa "Suqovuşan-1", "Suqovuşan-2" kiçik su elektrik stansiyalarında işlər yekunlaşıb".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam