Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Ermənistanda vəzifəli şəxs tutuldu-İşçiləri Köçəryanı dəstəkləməyə məcbur edib

Ermənistanın Gorus şəhər Mədəniyyət Mərkəzinin direktoru təşviqata məcbur etməkdə günahlandırılaraq həbs edilib.

Yenixeber.org: Yerli KİV-lər bildirir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, o, rəsmi vəzifəsindən istifadə edərək kitabxanaçı və mərkəzin digər işçilərini 7 iyun Gorusda ikinci prezident Robert Köçəryanın lideri olduğu “Ermənistan” blokunun seçki kampaniyasında iştiraka məcbur edib. Direktor əməkdaşlarının Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş razılaşması” partiyasının təşviqat kampaniyasında iştirakına qadağa qoyub, əks təqdirdə onları işindən qovmaqla hədələyib.

Toplanan kifayət qədər dəlillərə əsasən Mədəniyyət Mərkəzinin direktoruna təşviqata məcburetmə ya təşviqatdan imtinaya məcburetmə ilə bağlı cinayət işi açılıb. Onun barəsində həbs qətimkan tədbir seçilib.

İlkin istintaq davam edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam