Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bərdənin icra başçısı bağçalara ayrılan ərzaqları satdırır? — Bağça müdiri DANIŞDI

Bərdənin icra başçısı bağçalara ayrılan ərzaqları satdırır? — Bağça müdiri DANIŞDI

 

Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə 10 saylı bağçanın müdiri Leyla Məmmədova rayonda bağçalara ayrılan ərzaqları satdırırlar.

 Yenixeber.org: Bu barədə redaksiyamıza Bərdə sakinlərindən daxil olan məlumatda iddia edilir.

İddialara görə, Bərdədə Vidadi İsayevin “kadrı” kimi tanınan Leyla Məmmədova bir müddətdir ki, rayonda fəaliyyət göstərən bağçaları kurasiya edir. Onu bu vəzifəyə Vidadi İsayev təyin edib.

Qeyd edilir ki, son il yarımda pandemiya ilə əlaqədar tədris müəssisələri və bağçalar aktiv faəliyyət göstərməsələr də, burada böyük miqdarda vəsait silinib.

İddia edilir ki, Leyla Məmmədova bağçalarla yanaşı, rayonda məktəb direktorlarının təyin edilməsində də rol oynayır.

Digər iddiaya görə isə Leyla Məmmədova yaxın zamanda rayonda yüksək vəzifəyə təyin ediləcək.

Məsələylə bağlı sayt Leyla Məmmədova ilə əlaqə saxlayıb.

O, açıqlamasında bu iddiaların əsassız olduğunu bildirib:

“Hər bir iddia əsaslı olmalıdır. Bu iddialar isə əsassızdır. Məsələnin doğruluq payı yoxdur. Bu cür əsassız iddiaları səsləndirənlər də məhkəmə qarşısında cavab verəcəklər”.(demokrat.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam