Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

TƏBİB-dən “Hindistan ştammı”ı-AÇIQLAMASI

TƏBİB-dən “Hindistan ştammı”ı AÇIQLAMASI

“Koronavirusun müxtəlif ştamlarının müəyyənləşdirilməsi istiqamətində ölkəmizdə tədqiqatlar aparılır”.

Yenixeber.org: Bu barədə sorğumuza cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, bu günə kimi ölkədə “Hindistan ştammı” (Delta) rəsmi şəkildə qeydə alınmayıb.

“Bununla belə, epidemioloji vəziyyət nəzərə alınaraq, müvafiq sanitariya və gigiyena qaydalarına riayət olunması tövsiyə olunur”, - TƏBİB-dən bildirilib.

Qeyd edək ki, koronavirusun “Hindistan ştammı”na indiyədək dünyanın 80-dən çox ölkəsində rast gəlinib. Bu ştamm artıq qonşu Gürcüstanda da qeydə alınıb.

“Hindistan ştammı” koronavirusun digər ştamlarına nisbətən daha sürətlə yayılması ilə fərqlənir.

Mütəxəssislər bununla belə, COVİD əleyhinə tətbiq olunan vaksinlərin eyni qaydada bu ştamma qarşı da effektiv olduğunu bildirirlər.(modern) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam