Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

DİN: -Toylarda rəqs edərkən maska taxmaq zəruri deyil

DİN: Toylarda rəqs edərkən maska taxmaq zəruri deyil

“50 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində tibbi maska tələbi mütləqdir. Çünki həmin məkanlarda yoluxma riski və COVID daşıyıcıları ola bilər. Bu, həm də onunla bağlıdır ki, 50 nəfərədək olan tədbirlərdə COVID-19 pasportu tələb olunmur”.

Yenixeber.org: Bunu Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, 50 nəfərdən 150 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində isə tibbi maska tələbi yoxdur:

“Çünki həmin məkana daxil olan şəxsin mütləq qaydada COVID-19 pasportu yoxlanılacaq”.

DİN rəsmisi bildirib ki, 50 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində rəqs edərkən maska taxmaq zəruri deyil:

“Yəni, ictimai iaşə obyektlərinin fəaliyyəti ilə bağlı əvvəlki norma necə idisə, həmin norma qüvvədə saxlanılıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam