Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycanda Elm İnvestisiya Fondunun -yaradılması təklif edilib

Azərbaycanda Elm İnvestisiya Fondunun yaradılması təklif edilib

"Təhsilin keyfiyyətinin təmin olunması çox mühüm məsələdir. Təhsilimizin qədim ənənələri var, amma yeniliklərin tətbiq olunması mütləqdir. Elm və təhsil sahəsində maliyyə məsələləri həll etmək üçün Elm İnvestisiya Fondunun yaradılması çox yaxşı olardı. Ali təhsil müəssisələri öz iş yerlərini yaratmalıdırlar".

Yenixeber.org: Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri, “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə İşçi qrupun rəhbəri Bəxtiyar Əliyev layihənin müzakirələri zamanı deyib.

Komitə sədri vurğulayıb ki, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün yeni tədqiqat mərkəzlərinin yaradılması və xarici mütəxəssislərin cəlb edilməsi çox vacibdir: "Attestasiyanın aparılması kadrların hazırlanması ilə bağlı qarşıda duran mühüm vəzifələrdəndir. Azərbaycanın dayanıqlı və davamlı inkişafının təmin edilməsi istiqamətində bu amillər çox vacibdir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam