Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Dördüncü dalğa qapıda: -Bizi nə gözləyir?

Dördüncü dalğa qapıda: Bizi nə gözləyir?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, xüsusilə təhlükəli koronavirus növlərinin dünya üzrə yayılması davam edir.

Yenixeber.org: Daha çox narahatlıq doğuran isə COVID-19-un Hindistan ştammı kimi tanınan “Delta” və “Delta-plyus” növləridir. Artıq 96 ölkədə yayılmış ştammın coğrafiyası getdikcə genişlənir.

Azərbaycanlı həkimlər də, zahirən sabit görünən epidemioloji vəziyyətə baxmayaraq, ölkəmizə yeni koronavirus növlərinin “gəlişini” gözləyirlər. Məsələ burasındadır ki, koronavirusun “Delta” variantı artıq Gürcüstan, Rusiya, İran və Türkiyədə, yəni bizi əhatə edin əksər qonşu dövlətlərin ərazisində aşkar olunub.

Pandemiyanın ilk günlərindən görünməz düşmənlə mübarizə aparan infeksionist həkim Nicat Əzimli Caliber.Az üçün xəstəliyin yeni dalğasının başlaması riskini qiymətləndirib.

“Koronavirusun “Delta” variantı daha yüksək infeksiya sürətilə seçilir və qonşu ölkələrdə göründüyünü nəzərə alsaq, Azərbaycanda da ortaya çıxma ehtimalı böyükdür. Vəziyyət qənaətbəxş olduğu bir müddətdə, yoluxma sayını yüksək adlandırmaq olmaz. Ancaq eyni zamanda, dördüncü dalğanın başlanma ehtimalının çox yüksək olduğundan, arxayınlaşmaq da olmaz.

Virus mütəmadi olaraq mutasiyaya uğrayır və onun dünyaya yayılan yeni növləri ortaya çıxır. Məhz bu səbəbdən yoluxmuş insanların sayında payıza yaxın artımın olması mümkündür. Ancaq bütün karantin tədbirlərinə əməl etsək dördüncü dalğadan yan keçə bilərik”, -deyə N.Əzimli qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam