Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

AVRO-2020: -İlk finalçı müəyyənləşdi

AVRO-2020: İlk finalçı müəyyənləşdi

Futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

Yenixeber.org: Finala vəsiqə uğrunda İtaliya və İspaniya yığmaları qarşılaşıblar. İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda baş tutan matçı almaniyalı FIFA referisi Feliks Brix idarə edib.

Oyunun ilk hissəsində qapılara top vurulmayıb. Hesabı 60-cı dəqiqədə italiyalılar açıblar. "Skuadra Adzurra"nın heyətində Federiko Kyeza fərqlənib. 80-ci dəqiqədə İspaniya millisinin hücumçusu Alvaro Morata tarazlığı bərpa edib. Görüşün əsas vaxtı heç-heçə ilə bitdiyindən əlavə 30 dəqiqə oynanılıb. Hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq (4:2) oynayan Roberto Mançinin baş məşqçi olduğu kollektiv adını finala yazdırıb.

Qeyd edək ki, İtaliya millisinin finaldakı rəqibi İngiltərə və Danimarka arasında keçiriləcək digər yarımfinal matçının qalibi olacaq.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam