Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Rusiyadan Fransaya etiraz -RƏSMİ

 

Fransız diplomatının rus peyvəndi ilə bağlı sərt açıqlamaları Avropada “neonasist ayrılıq ruhunu” canlandırdı.

Yenixeber.org: Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi təbabəti milliyətlə əlaqələndirən, suveren dövlətlərə mühazirə oxumaq üçün bir virusoloq deyil: “Bu, daha çox həkim Qoebbelsin funksional vəzifələrindən biridir. Fransa Xarici İşlər Nazirliyinin vaksinasiya edən ölkələrə və xalqlara diktə etmək kimi bir vəzifəsi yoxdur”, -Zaxarova bildirib.

Onun sözlərinə görə, bu məsələ kiminsə şəxsi fikri ilə deyil, ölkənin siyasi mövqeyi ilə bağlıdır və bu da Fransa tərəfindən eyni mövqedə olan ilk açıqlama deyil.

Rusiya XİN-in sözçüsü əlavə edib ki, Fransa Xarici İşlər Nazirliyi öz peyvəndlərini daha geniş şəkildə yaya bilməyən güclərindən inciyir:

“Çox çalışan, amma bacarmayan Fransız şirkətinin səyləridir. Fransanın uğursuzluğuna rəğbət bəsləyirik. Dürüstlüklə Clement Bona deyə bilərik: Fransa peyvəndi istehsal edə bilmədi, bacaran hər kəsə həsəd aparır. Təbliğat üsulları ilə dünyaya elmlərinin müvəffəqiyyətlərini nümayiş etdirən ölkələrin müvəffəqiyyətinə qarşı çıxırlar”, – Zaxarova vurğulayıb.

Qeyd edək ki, Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Clement Bon Yunanıstanın turistlərə Rusiya və Çin peyvəndləri vurdurmasına icazə verdiyindən təəssüfləndiyini bildirmişdi. Zaxarova da Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsindən sitat gətirərək, “Yunanıstanı qınamırıq, ancaq Avropa Tibb Agentliyi tərəfindən təsdiqlənən dörd peyvəndi Avropada tanımağı üstün tuturuq”, – deyib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam