Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

75 fələstinli xəsarət alıb-İsrail polisi ilə toqquşmalarda

      İordan çayının qərb sahilində İsrail sərhəd polisi ilə toqquşmalarda azı 75 fələstinli xəsarət alıb.

Yenixeber.org: Bu barədə məlumatı Fələstin Qızıl Aypara Cəmiyyəti açıqlayıb.

“Bu gün Nablus əyalətindəki Beyta və Beyt-Dəcan yaşayış məntəqələri ərazisində briqadalarımızın xidmət göstərdiyi yaralıların ümumi sayı 75-ə çatıb”, - deyə yerli “Al-Aqsa” radiostansiyası açıqlamadan sitat gətirib.

Bildirilir ki, 15 nəfər rezin güllələrin istifadəsi nəticəsində, daha 10 nəfər isə odlu silahdan istifadə nəticəsində yaralanıb, 46 nəfər gözyaşardıcı qazdan xəsarət alıb, daha 4 nəfər də yanıq xəsarətləri alıb.

Radiostansiyanın məlumatına görə, İsrail təhlükəsizlik qüvvələri Fələstin Qızıl Aypara Cəmiyyətinin həkim qruplarının işinə də müdaxilə edib və onlara rezin güllələr atıb, nəticədə bir neçə həkim yaralanıb.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam