Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İşğaldan azad olunmuş rayonlarda -SABAH QURBANLAR KƏSİLƏCƏK

İşğaldan azad olunmuş rayonlarda SABAH QURBANLAR KƏSİLƏCƏK

Biz hər il dua edirdik ki, torpaqlarımız işğaldan azad olunsun və Allah bizə o torpaqlarda qurbanlar kəsməyi nəsib etsin. Şükür Allaha ki, Qarabağ azad olundu, biz bu il zəfər çalmış bir xalq kimi o torpaqlarda qurbanlar kəsəcəyik.

Yenixeber.org: Bu sözləri Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.

İlahiyyatçı bildirib ki, bu il işğaldan azad olunan rayonlarda da illərdir gözlənilən qurbanlar kəsiləcək, bütün vətənimizdə qurbanlıq icra olunacaq:

“İşğaldan azad olunmuş torpaqlarda qurbanların kəsilməsinə artıq qərar verilib. Bu zəfəri bizə Ali B aş Komandan, şəhidlərimiz və qazilərimiz yaşatdı. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin, Allah vətənimizi və xalqımızı daim qorusun”.

Fuad Nurullayev sonda pandemiyanın hələ də davam etdiyini xatırladıb və diqqətli olmağı tövsiyə edib: “İnsanlar nizam-intizamı gözləsinlər, Operativ Qərargahın tövsiyələrinə qulaq assınlar. Virusun yayılmasının qarşısını almaq üçün ehtiyatlı olsunlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam