Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Qaytağı" əsərindən ibarət -kitablar nəşr olunub

Qaytağı əsərindən ibarət kitablar nəşr olunub

Amerika–Azərbaycan Musiqi Fondunun rəhbəri Cəmilə Cavadova-Spitzberqin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-da ilk dəfə olaraq bəstəkar Tofiq Quliyevin fortepiano üçün işlədiyi "Qaytağı" əsərindən ibarət kitablar dərc olunub.

Yenixeber.org: Dövlət Komitəsindən verilən məlumata görə, nəşrin baş redaktoru ABŞ-ın Massaçusets ştatında yaşayan tanınmış piano ifaçısı, Azərbaycanın Əməkdar artisti Emil Əfrasiyabdır. Kitabı nəşrə Cəmilə Cavadova-Spitzberq hazırlayıb. Kitablardan biri pianoda solo ifa, digəri bir pianoda 4 əllə ifa, üçüncüsü isə iki pianoda ifa üçün nəzərdə tutulub.

Qeyd edək ki, görkəmli Azərbaycan bəstəkarı, milli caz və estrada musiqisinin banilərindən biri olan Tofiq Quliyev (1917-2000) fortepiano üçün bir sıra xalq rəqslərini işləyib. Onlardan biri də "Qaytağı" əsəridir. Əsər melodik cəhətdən son dərəcə yeyin və dinamik olan eyniadlı "Qaytağı" Azərbaycan xalq rəqsi əsasında bəstələnib. Bu virtuoz əsərin fortepianoda ilk ifaçısı görkəmli pianoçu, Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəyli olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam