Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Saatlıdakı "Xəyal" şadlıq sarayı cərimələnib-FOTOLAR

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan yenixeber.org-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən reydlər nəticəsində rayon ərazisində yerləşən "Xəyal" şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları aşkarlanıb.

Şöbə əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə adı çəkilən sarayda keçirilən toy mərasimində icazə verilən həddən artıq sayda - 168 nəfər qonağın iştirak etməsi müəyyən edilib.

Toy sahibi və qonaqlarla izahedici söhbətlər aparılıb, qayda pozuntusuna yol verən obyektin icarədarı R.Fətəliyev barəsində isə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Saatlı Rayon Məhkəməsinə göndərilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam