Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Gəncəbasarda leysan:küçələri su basdı, 2 sakini ildırım vurdu

Bu gün axşam saatlarında Gəncə şəhərində yağan leysan yağış və dolu bir sıra fəsadlar törədib.

Yenixeber.org: Leysan yağış səbəbindən avtomobillərin hərəkətində qismən çətinlik yaşanıb, şəhərin bəzi küçələrini, evlərin həyətyanı sahələrini su basıb. Hava şəraitinə görə şəhərin bəzi hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda Gəncə şəhəri və ətraf rayonlarda yağıntılı hava şəraiti davam edir.

Şiddətli leysan yağarkən Gəncə şəhər sakini, 1973-cü il təvəllüdlü Səlimov Aydın Ələkbər oğlunu ildırım vurub. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Daha bir hadisə isə Cavadxan küçəsində baş verib, 1985-ci il təvəllüdlü Kərimov Sərxan İsmixan oğlunu ildırım vurub. O, xəstəxanaya yerləşdirilib və hazırda koma vəziyyətindədir.

Xatırladaq ki, bu gün günün ikinci yarısından etibarən Bakıda və bölgələrdə hava şəraiti kəskin dəyişib, sinoptiklər güclü külək və leysan yağışların olacağı haqda xəbərdarlıq edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam