Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Aİ-98” markalı benzin -bahalaşıb

“Aİ-98” markalı benzin bahalaşıb
Bu il avqustun 1-dən Azərbaycanda “Aİ-98” markalı benzinin 1 litrinin qiyməti 5 qəpik artırılaraq 1,55 manatdan 1,6 manata çatdırılıb.
Yenixeber.org: Bu barədə  Dövlət Neft Şirkətinin (SOCAR) yanacaq satışı ilə məşğul olan törəməsi - “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli məlumat verib.

"Aİ-98” markalı benzini idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin artmasına səbəb olub", - deyə o, qeyd edib.

Xatırladaq ki, ötən həftənin şənbə günü Azərbaycanda “Aİ-95” premium markalı benzinin də qiyməti 5 qəpik artırılıb. Hazırda yanacaqdoldurma məntəqələrində həmin benzinin 1 litri 1,45 manata satılır. Bahalaşmaya səbəb məhsulun istehsalçı ölkədə qiymətinin artmasıdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam