Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ağdaşda -4 şadlıq sarayının icarədarı və 11 toy sahibi cərimələnib

 

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında və fərdi evlərdə təşkil edilən toy mərasimlərində yoxlamalar aparılıb, bəzilərində qaydaların pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a Yuxarı Şirvan bürosuna verilən məlumata görə, şəhər ərazisində yerləşən “Tural”, “Səma”, “Samirə” və “Ay işığı” şadlıq saraylarında keçirilən monitorinqlər zamanı 150 nəfərdən artıq qonağın iştirak etdiyi, bəzilərinin COVID pasportu olmadığı, eləcə də xidmət personalının tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi müəyyən olunub. Aşkarlanan qayda pozuntuları ilə bağlı həmin obyektlərin sahibləri və icarədarları barəsində cərimə protokolları tərtib olunub.

Həftəsonu fərdi evlərdə təşkil edilən toy mərasimlərində keçirilən yoxlamalar zamanı isə şəhər ərazisində, eləcə də rayonun Korarx, Qaradeyin, Yenicə, Ağzıbir, Qobuüstü, Binələr və Qoşaqovaq kəndlərində ümumilikdə 11 evdə keçirilən toy mərasimlərində müəyyən edilən say həddindən, yəni 50 nəfərdən artıq qonağın iştirakı aşkarlanıb və həmin toy sahibləri barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam